Xəbər lenti

Azərbaycanlı “Qazprom”da yüksək vəzifəyə gətirildi
Ölkə18:33 04.04.2019

Azərbaycanlı “Qazprom”da yüksək vəzifəyə gətirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın "Qazprom” şirkətinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat olub.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bu posta azərbaycanlı Famil Sadıqov gətirilib.
O, iqtisadi-maliyyə fəaliyyətindən məsul olacaq.
Qeyd edək ki, F.Sadıqov 1968-ci ildə Azərbaycanda anadan olub. O, S.Orconikidze adına Dövlət İdarəçilik Akademiyasını və Ümumrusiya Vergi Akademiyasını bitirib, iqtisad elmlər namizədidir. 1905-1999-cu illərdə RF Maliyyə Nazirliyində və Federal Dövlət Xidmətində müxtəlif vəzifələrdə işləyib. 1999-2004-cü illərdə RF vergilər və rüsumlar nazirinin müavini olub. Bu vəzifədə işlədiyi dövrdə ona II dərəcəli RF dövlət xidməti həqiqi dövlət müşaviri rütbəsi verilib. 2005-2009-cu illərdə Federal Xəzinədarlığın rəhbərinin müavini olub. 2009-cu ildən Rusiya "Qazprombank”nın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı.