Xəbər lenti

Azərbaycanlı qız nişanlısının evində intihar etdi
Ölkə05:05 05.06.2014

Azərbaycanlı qız nişanlısının evində intihar etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sankt-Peterburqda 21 yaşlı azərbaycanlı qız hündür mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq, intihar edib.


Qaynar.info APA-ya istinadən xəbər verir ki, hadisə iyunun 3-də, günorta saatlarında baş verib.

21 yaşlı adı açıqlanmayan azərbaycanlı qız Sankt-Peterburqun Kalininski rayonun Prosveşeniya prospekti 99 ünvanında yerləşən binanın 17-ci mərtəbəsindən özünü yerə atıb.

O, yerindəcə keçinib.

Araşdırmalar zamanı azərbaycanlı qızın Moskva sakini olduğu məlum olub. Onun Sankt-Peterburqda yaşayan nişanlısının evinə qonaq gəldiyi bildirilib. İntihar edən qızın adı açıqlanmayan nişanlısının 27 yaşlı azərbaycanlı olduğu da məlum olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qaynar.info