
Gürcüstanın Marneuli rayonunda “Dünya rekordçuları festivalı” keçirilib.
Qaynarinfo.Az xəbər verir ki, tədbirdə Azərbaycandan gəlmiş pəhləvanlar Vüsal Cavadov, Laçın və Hüseyn Abdulhüseynov qardaşları, eləcə də Gürcüstanda “Maqnit adam” ləqəbi ilə tanınan azərbaycanlı idmançı Etibar Elçiyev-Budaqlı məşhur “Cəngi” havasının sədaları altında güclərini sınayıb, yeni rekordlara imza atıblar.
Qafqaz Dünya Rekordları Federasiyasının baş katibi Şota Keldişvili jurnalistlərə bildirib ki, festivalı təşkil etməklə Azərbaycan pəhləvanlarının və Gürcüstanda yaşayan azərbaycanlı “Maqnit adam”ın yeni rekordlarını dünyaya çatdırmaq, idmanı təbliğ etmək, eyni zamanda gənclərin idmana marağını artırmaqdır: "Azərbaycanlı pəhləvanların yeni rekordları ilə bağlı videomaterial və digər sənədlər Ginnes dünya rekordları təşkilatına göndəriləcək".
Tədbirin sonunda pəhləvanlara yeni sertifikatlar və medallar təqdim olunub.
Qaynarinfo.Az