Xəbər lenti

Azərbaycanlı Rusiyada yenidən assosiasiya prezidenti seçild6i
İdman23:03 07.08.2026

Azərbaycanlı Rusiyada yenidən assosiasiya prezidenti seçild6i

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Həmyerlimiz Emil Əliyev növbəti beşillik müddət üçün yenidən Rusiya Minifutbol Assosiasiyasının (RMFA) prezidenti seçilib.
Axar.az xəbər verir ki, müvafiq qərar təşkilatın hesabat-seçki konfransında qəbul olunub.
E.Əliyev 2003-cü ildən Superliqanın icraçı direktoru, 2005-ci ildən Rusiya Minifutbol Assosiasiyasının baş direktoru vəzifələrində çalışıb, 2011-ci ildən isə təşkilata rəhbərlik edir. O, 2016-cı və 2021-ci illərdə də Assosiasiyanın prezidenti vəzifəsinə yenidən seçilmişdi.
Bununla yanaşı, E.Əliyev UEFA-nın futzal və çimərlik futbolu komitəsinin üzvü olub.
Onun rəhbərliyi dövründə Rusiya futzal millisi 2016-cı il dünya çempionatının finalçısı olub. Komanda Avropa çempionatlarında beş dəfə finala yüksəlib, həmçinin iki dəfə bürünc medal qazanıb.
Emil Əliyev Bakı şəhərində anadan olub. O, pedaqoji elmlər doktoru, professor, Rusiyanın Əməkdar bədən tərbiyəsi işçisi, həmçinin bədən tərbiyəsi və idman sahəsinə dair bir sıra elmi əsərlərin müəllifidir.