Xəbər lenti

Azərbaycanlı şirkətini Twitter-ə 50 milyona satdı – VİDEO
Ekonomiks10:14 06.06.2014

Azərbaycanlı şirkətini Twitter-ə 50 milyona satdı – VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hazırda Twitter ilə birlikdə çalışan Namo Media mobil reklam platformaları inkişaf etdirir.

Son dövrdə tətbiq müəllifləri üçün reklam həlləri inkişaf etdirməyə üstünlük verən Twitter Sentyabr ayında MoPub-ı satın almışdı. Yaxın keçmişdə MoPub-ın reklam platformasını bütün yayımçılarına açmasının ardından, şirkət bu istiqamətdə tamamlayıcı olaraq görə biləcəyimiz bir addım ataraq Namo Media-yı satın aldığını elan edib.

Qaynar.info technimum-a istinadən xəbər verir ki, hazırda Twitter ilə birlikdə çalışan Namo Media mobil reklam platformaları inkişaf etdirir. Banner reklamlarına alternativ olacaq və istifadəçi təcrübəsindən güzəşt edəcək həllər axtaran tətbiq hədəfləyən cəhdin əsil qaynağı da Facebook və Twitter reklamlarıdır.

Noma Media bu günə qədər Google Ventures, Andreessen Horowitz, Betawoks, Trinity Ventures, Susa Ventures kimi öndə gələn investorlar tərəfindən dəstəklənib.

Mobil prioriteti açıqca görülən bu satın almayla Twitter reklam şəbəkəsini, Facebook-un f8 fəaliyyətində tanıtdığı Audience Network rəqabəti qarşısında inkişaf etdirir kimi görünür.

Qeyd edək ki, proyektin həmtəsisçilərindən biri Tural Bədirxanlı azərbaycanlıdır. Bundan əvvəl AdMob şirkətində çalışan Tural Bədirxanlı, AdMob-un Google tərəfindən satın alınması ilə birlikdə Google-un işçisi olmuşdu. Google-dan ayrılan həmyerlimiz Namo Media proyektinin təsisçilərindən biri olmuşdu. Namo Media haqqında aşağıdakı videoda məlumat ala bilərsiniz.

Qaynar.info