Xəbər lenti

Azərbaycanlı sürücü polislə qaçdı-qovdu oynadı - VİDEO
Ölkə06:03 27.09.2013

Azərbaycanlı sürücü polislə qaçdı-qovdu oynadı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Rusiyada film səhnələrinə bənzəyən olay yaşanıb.

Qaynar.info Lent.az-a istinadən xəbər verir ki, polis Yaroslav şəhərinin mərkəzində yol hərəkəti qaydalarını pozan “Suzuki Qrand Vitara” markalı avtomobili saxlamaq istəyib.

Ancaq sürücü yoluna davam edib. Avtomobildə gənc oğlan və qız sərnişinlər də olub. Dövlət Yol Polisinin əməkdaşları avtomobillə təqibə başlayıb. Polislərdən yayınmağa çalışan sürücü Rostov rayonuna istiqamət götürüb.

O, yol boyu bəzi yerlərdə sürəti saatda 150 km-ə qaldırıb, hətta qarşı yollara da keçib. 1 000 km-dən çox məsafə qət edən sürücü Rostovun Semibratov qəsəbəsində idarəetməni itirib.

Nəticədə avtomobil aşıb, daha sonra da yanmağa başlayıb. Polis avtomobili idarə edən gənci və onun iki sərnişinini çıxarıb. Xəsarət alan yoxdur.

Araşdırma zamanı avtomobilin 21 yaşlı sürücüsünün Azərbaycan əsilli olduğu üzə çıxıb.

Qayar.info