
ATV-nin aparıcısı Mətanət Əliverdiyevanın başına iş gəlib.
“Qafqazinfo” xəbər verir ki, teleaparıcı bu barədə aparıcısı olduğu “ATV Olay” proqramında məlumat verib. Teleaparıcı bildirib ki, qonşu binadan maşınına kənar əşyalar atılıb və maşının arxa şüşəsi sınıb.
Mətanət həmçinin qeyd edib ki, hadisə bağlı Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müüraciət edib: “Avtomobilimə baxış keçirilib və fotosu çəkilib. Mən bu işi belə qoymayacağam”.