Xəbər lenti

Azərbaycanlı tələbədən maraqlı etiraz aksiyası
Ölkə08:07 13.06.2013

Azərbaycanlı tələbədən maraqlı etiraz aksiyası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Dövlət Universitetinin Fəlsəfə fakültəsinin 3-cü kurs tələbəsi Saleh Mehdizadə adlı gənc imtahan zamanı qəribə etiraz üsuluna əl atıb. 

Qaynar.info-nun məlumatına görə, tələbə imtahan vərəqəsinə öz etirazını belə bildirib: 

"Ey bu yazdıqlarımı oxuyan insan, bil ki, bizə bu fənndən heç nə öyrətməyiblər semestr boyu yola verib gediblər. Dünyada ancaq bizdə bir semestr pedoqogika keçəndən sonra təhsilin Fəlsəfi problemləri adlı uydurma bir fənn keçirilə bilər. Elə bil kimsə boş bekar adam oturub təsadüfi sözləri yan-yana qoyub özündən fənn düzəldib. Onsuz da bu fənn dünyada ilk dəfə bizim universitetdə keçirilir. Dərs saatları boş qalmasın deyə uydurma fənnlər keçib bizi yormayın. İmkan verin yaşayaq."

Daha sonra yazısını özünün  Facebook səhifəsində paylaşan tələbə öz etirazını bu cür bildirdiyini yazıb: "Bu mənim bu gün imtahan vərəqinə yazdığım cavab idi. Bu mənim çökmüş, günü gündən çökən təhsil sisteminə etirazım idi. Əgər sən də mənim etirazımı dəstəkləyirsənsə bu cürümüş sistemi bəyənmirsənsə onda məni kəsmə. Onsuz da heç kəs bizi vecinə almır".

Qeyd edək ki, Saleh Mehdizadə "Dalğa" gənclər hərəkatının üzvüdür. 

Qaynar.info