Xəbər lenti

Azərbaycanlı “vorzakon”un görüntüləri yayılıb - VİDEO
Ölkə08:45 11.11.2014

Azərbaycanlı “vorzakon”un görüntüləri yayılıb - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyada azərbaycanlı iş adamlarını oğurlayan, qətllər həyata keçirən reket bandasının dəstə üzvlərinin görüntüləri yayılıb. 

Qafqazinfo Rusiya KİV-nə istinadən xəbər verir ki, azərbaycanlılardan ibarət cinayət dəstənin rəhbəri olan kriminal aləmdə “Zayka” kimi tanınan Zaur Əliyev “qanuni oğru” olmadığını və daha əvvəl Azərbaycanda məhkum olduğunu bildirib. 

Xatırladaq ki, bu günlərdə otellərdən birinin bilyard zalında keçirilən əməliyyat zamanı azərbaycanlılardan ibarət bandanın beş nəfər üzvü, o cümlədən cinayətkar qruplaşmanın “Zayka” ləqəbli rəhbəri yaxalanmışdı. 

Yaxalanarkən banda rəhbərinin üzərindən İJ tapançası və patronlar götürülmüşdü. Rusiya mətbuatı cinayətkar dəstənin azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin qruplaşmasının liderlərindən birini öldürdüklərini, həmçinin “Zayka”nın bandasının R.Lənkəranskiyə rəqib qruplaşmaya daxil olduğu bildirilir.

Qaynar.info