Xəbər lenti

Azərbaycanlı xanım idmançı İran millisini tərk etdi
İdman19:18 28.11.2022

Azərbaycanlı xanım idmançı İran millisini tərk etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın taekvondo yığmasının üzvü Əkrəm Xudabəndə ölkədə xalq etirazlarının yatırılması və repressiyalara etiraz əlaməti olaraq milli komandadan getdiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, əslən Cənubi Azərbaycandan olan 31 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında məlumat verib.
O, paylaşımda İran yığmasını tərk etməsi barəsində qərar verdiyini bildirib.
Qeyd edək ki, Əkrəm Xudabəndə İranın qadın taekvondoçuları arasında ən yaxşılardan hesab olunur. O, Asiya Oyunlarının gümüş, Asiya çempionatının qızıl və gümüş medallarını qazanıb. 2013-cü ildə İslam Həmrəyliyi Oyunlarının qalibi olan Xudabəndə sonrakı iki belə yarışda gümüş medala sahib çıxıb.