Xəbər lenti

Azərbaycanlılar ermənilərlə sülh bağladılar
Ölkə07:18 01.12.2013

Azərbaycanlılar ermənilərlə sülh bağladılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şahmat yığmamız dünya çempionatında Levon Aronyanın lideri olduğu Ermənistan kollektivi ilə üz-üzə gəlib 

Türkiyənin Antalya şəhərində keçirilən komandalar arasında dünya çempionatında növbəti turun oyunları keçirilib. ANS PRESS-in məlumatına görə, dünya birinciliyində mübarizə aparan yığmamız prinsipial rəqib-Ermənistan kollektivi ilə üz-üzə gəlib. Görüş heç-heçə nəticələnib. 

Birinci lövhədə Ermənistan yığmasının lideri Levon Aronyanla qarşılaşan Rauf Məmmədov rəqibinin oyunun gedişində əldə etdiyi üstünlüyünü heçə endirərək 127-ci gedişdə heç-heçəyə razılaşıb. 

Sergey Movsisyan Eltac Səfərli ilə heç-heçə oynayıb. Vladimir Akopyanın 39-cu gedişdə Nicat Məmmədovu mat etməsindən sonra Vasif Durarbəyli Qabriel Sarkisyana qalib gələrək hesabı bərabərləşdirib. 

Komandamız bu heç-heçədən sonra 5 xalla 6-cı yerdədir. Ukrayna 10 xalla dünya çempionatına liderlik edir. Rusiya 7 xalla ikincidir. 6-cı turda yığma komandamız ABŞ kollektivini sınağa çəkəcək. 

Qaynar.info