Xəbər lenti

Azərbaycanlılar İran parlamentini günahlandırdı: «Urmu gölü can verir...» (VİDEO)
Ölkə13:27 16.09.2017

Azərbaycanlılar İran parlamentini günahlandırdı: «Urmu gölü can verir...» (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Traktorsazi" İran çempionatında növbəti oyununu keçirib. "Qaynarinfo" xəbər verir ki, Təbriz klubu Səhənd stadionunda Məşhədin “Siyah Cameqan” klubunu qəbul edib.

VI turun qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb. Bu heç-heçədən sonra hesabında 7 xal olan Güney Azərbaycan təmsilçisi 8-ci pillədə qərarlaşıb.

Görüşü izləmək üçün stadiona 30 min nəfər "Traktorsai" azarkeşi toplaşıb. Onlar Urmu gölü ilə bağlı şüarlar səsləndiriblər. "Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir” şüarı səsləndirən azarkeşlər Urmu gölündə baş verən böhranla bağlı İran parlamentini günahlandırıblar.

Qaynarinfo.Az