Xəbər lenti

Azərbaycanlılar Moskvada qorxu yaşatdılar
Ölkə17:37 18.05.2013

Azərbaycanlılar Moskvada qorxu yaşatdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Moskvanın cənubunda avtomobildən havaya atəş açan azərbaycanlılar saxlanılıb. 

APA-nın verdiyi xəbərə görə, saat 17.00 radələrində Yasenevo küçəsindən keçən “Porsche Cayenne” və “Volkswagen Multivan” markalı avtomobildən atəş açıldığı haqqında polisə məlumat daxil olub.

Keçirilmiş əməliyyat nəticəsində 5 nəfər Azərbaycan vətəndaşı saxlanılaraq, Orexovo-Borisovo Severnoye daxili işlər şöbəsinə aparılıb. Məlumata görə, onların üzərinə baxış zamanı bir ədəd start tapançası aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qaynar.info