Xəbər lenti

“Azerçay” tərəfindən keçirilən lotereyanın növbəti qalibləri məlum oldu
Ekonomiks09:49 05.01.2022

“Azerçay” tərəfindən keçirilən lotereyanın növbəti qalibləri məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azerçay” markası tərəfindən təşkil edilən "Doğma çayınızdan qazandıran lotereya”nın ikinci tirajı baş tutub. Lotereyada dekabr ayı ərzində "Azerçay” alaraq müraciət edən şəxslər iştirak ediblər.
Qaynarinfo xəbər verir ki, ATV telekanalında canlı yayımlanmış lotereyada uduş fonduna daxil olan 6 Nissan X-Trail avtomobilindən daha ikisi və
yüzə yaxın müxtəlif hədiyyə sahibini tapıb. 1 dekabr-31 dekabr tarixləri arasında uduşlu "Azerçay” alaraq 2-ci tirajda iştirak etmiş və avtomobilləri qazanmış kuponnömrələri aşağıdakı kimidir:
Qeyd edək ki, 15 oktyabr 2021 – 31 yanvar 2022 tarixləri arasında keçirilən stimullaşdırıcı "İlin qazananı sən ol” lotereyasında iştirak etmək isə çox asandır.
Bunun üçün marketlərdən uduşlu "Azerçay” məhsulu almaq, qutunun qapağının altındakı şifrəni ad, soyad və yaşayış yeri ilə birlikdə Azercell və Bakcell
nömrələrindən 8825-ə göndərmək, nəticələr elan olunana qədər qutunu saxlamaq lazımdır. Xatırladaq ki, stimullaşdırıcı lotoreyanın üçüncü tirajı 1 fevral 2022-ci il tarixində "Azad Azərbaycan” telekanalında saat 19:00-da keçiriləcək. Lotereyanın nəticələri canlı yayımda, mətbu orqanlarda, sosial media platformalarında və dogmacay.az saytında elan ediləcək.
2-ci tirajın nəticələri ilə DOGMACAY.AZ və "Azerçay” markasına məxsus sosial media hesablarında tanış ola bilərsiniz.