Ekonomiks 19:48 26.07.2022

"Azercell" “Bölgələrə daha yaxın” şüarı ilə həyata keçən səfərlərini uğurla yekunlaşdırdı! (R)


Qaynarinfo xəbər verir ki, özündə silsiləvi tədbirləri cəmləşdirən kampaniya 2 həftə boyunca davam edib. Xaçmaz, Quba, Şəki, Gəncə, Bərdə, Cəlilabad da daxil olmaqla ümumilikdə 14 bölgəni əhatə edən tədbirdə abunəçilərə yeni məhsullar və xidmətlər təqdim olunub. Kampaniya çərçivəsində sonuncu görüş isə iyul ayının 25-də Füzuli rayonunda baş tutub.

Aksiyanın davam etdiyi müddət ərzində bölgədəki abunəçilər ilə sıx ünsiyyət yaradılaraq onların bütün sualları cavablandırılıb. Azercell tədbir ziyarətçilərini maraqlı təkliflər ilə tanış etdi, qonaqlar üçün müxtəlif oyunlar keçirildi və hədiyyələr paylanılıb.

Kampaniya müddətində lider mobil operator rəsmi Instagram səhifəsində də müxtəlif müsabiqələr keçirərək izləyicilərinə internet paketləri qazanmaq imkanı yaradıb.

Ölkənin lider mobil operatoru Azercell abunəçilərini yeni layihələri ilə sevindirməyə davam edəcək!