Xəbər lenti

Azercell-dən daha bir yenilik
Ölkə15:57 21.06.2013

Azercell-dən daha bir yenilik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şirkətin yerli start-up-lara dəstəyinə Türkiyənin e-Toxum layihəsi də qoşuldu

Türkiyənin aparıcı investor və mentorları gənc Azərbaycan sahibkarları ilə bir araya gələcəklər

Azercell gənclərin yeni biznes ideyalarına dəstək verməyə xüsusi önəm verir. Qaynar.info xəbər verir ki, şirkətin “Barama” İnnovasiya Mərkəzi gənc mütəxəssislərə öz ideyalarını reallaşdırmaq, mobil və informasiya texnologiyaları əsasında biznes qurmaq üçün şərait yaradır. 

Start-up biznes ideyalarına dəstək üçün Azercell tərəfindən keçirilən silsilə tədbirlərdən birinin də iyul ayının 6-da təşkil edilməsi nəzərdə tutulub. Bu dəfə Türkiyədə bu sahədə tanınmış e-Toxum layihəsinin üzvləri ilə Azərbaycanın gənc İT sahibkarlarının birgə görüşü keçiriləcəkdir.

e-Toxum Türkiyədəki internet şirkətlərinin sayını artırmaq, sahibkarları dəstəkləmək, internet iqtisadi bazarının yaradılması və inkişafı üçün sahibkarlarla investorlar arasında əlaqə qurmaq məqsədini daşıyır. 

Azercell-in dəstəyi və təşkilatçılığı ilə keçiriləcək tədbirdə Azərbaycanın internet sektorunda ön plana çıxan start-up ideya müəllifləri üçün mentor treninqləri də təşkil olunacaq. 

eTohum qurulduğu gündən ötən 5 il ərzində 40-dan çox özəl investorla əməkdaşlıq edərək 200-ə yaxın layihəyə dəstək vermişdir. Bu layihələr arasında Türkiyənin qabaqcıl internet şirkətləri də vardır. 

Tələbə və məzunlar üçün hər il ölkəmizdə keçirilən əmək yarmakalarında fəal iştirak edən Azercell bu dəfə də ənənəsinə sadiq qaldı.

Qaynar.info