Xəbər lenti

Azercell-in "Premium" abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Ekonomiks13:41 19.06.2026

Azercell-in "Premium" abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şirkət "Premium” tariflərinin eksklüziv üstünlüklərini genişləndirir

"Azercell Telekom” MMC "Premium” tarifləri çərçivəsində təqdim etdiyi əlavə üstünlükləri zənginləşdirməyə davam edir.

Bu dəfə şirkət "Premium” və "Premium+” tariflərinin istifadəçiləri üçün yeni tərəfdaşlıq kampaniyasına start verib. Kampaniya çərçivəsində müştərilər Atəşgah Sığorta-nın "Səyahət sığortası” xidmətindən 20% endirimlə yararlana biləcəklər. Xarici səfərlər zamanı yarana biləcək müxtəlif risklərə qarşı təminat təqdim edən bu xidmət Azercell abunəçilərinə daha rahat və təhlükəsiz səyahət təcrübəsi qazandırır.

"Premium” və "Premium+” tariflərinin abunəçiləri kampaniyadan yararlanmaq üçün "Azercell” tətbiqinin "Eksklüziv təkliflər” bölməsindəki "Atəşgah Səyahət Sığortası” banneri vasitəsilə müraciət edə bilərlər.

Kampaniya haqda ətraflı məlumat əldə etmək üçün: https://www.azercell.com/az/personal/premium-plus.html