Xəbər lenti

"Azercell Könüllüləri" bayram günlərində növbəti xeyriyyə təşəbbüsünü həyata keçirdi
Ekonomiks17:55 02.04.2025

"Azercell Könüllüləri" bayram günlərində növbəti xeyriyyə təşəbbüsünü həyata keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azercell Könüllüləri” Novruz və Ramazan bayramları münasibətilə ənənəvi xeyriyyə yarmarkasını həyata keçiriblər. Yarmarka çərçivəsində əldə olunan vəsaitlər sayəsində könüllülər Bakı və ətraf qəsəbələr, Sumqayıt, Goranboy, İsmayıllı, Qəbələ, Lənkəran, Gəncə, Ağdaş və Ağcabədidə yaşayan 120-dən çox ailəyə bayram sevinci yaşadıblar. 
Builki təşəbbüsə "Azercell Telekom" MMC-nin əməkdaşları ilə yanaşı "Aztelekom" MMC-nin əməkdaşları da qoşulub.   Ailələrin siyahısını yerli icra hakimiyyətləri və "Zəfər" İB təqdim edib.
2004-cü ildən fəaliyyət göstərən "Azercell Könüllüləri” təşəbbüsü  mütəmadi şəkildə xeyriyyə aksiyaları təşkil edir.  
Daha ətraflı məlumat üçün: https://www.azercell.com/az/