Xəbər lenti

Azercell: Masallıda abunəçilər çətinliklərlə qarşılaşa bilər
Ekonomiks 22:49 26.02.2025

Azercell: Masallıda abunəçilər çətinliklərlə qarşılaşa bilər

Bu gün axşam saatlarından etibarən Masallı rayonunun inzibati ərazisinin bəzi hissələrində "Azercell Telekom" MMC-dən asılı olmayan səbəblərdən telekommunikasiya xidmətlərindən istifadə edərkən müvəqqəti çətinliklərlə qarşılaşılması mümkündür.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azercell” açıqlama yayıb.

Bildirilib ki, yaranmış halın aradan qaldırılması üçün müvafiq ərazidə telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən fiber optik kabellərin zədələnmiş hissələrinin bərpası istiqamətində təcili tədbirlər görülməkdədir.

"Yaranmış narahatlığa görə təəssüf edir və bildiririk ki, tez bir zamanda bu istiqamətdə tam normal əsaslarla xidmət göstərilməsi imkanı təmin ediləcək”, - açıqlamada deyilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->