Xəbər lenti

"Azercell" "Talassemiyasız həyat naminə!" qanvermə aksiyası keçirdi
Ekonomiks13:42 24.09.2025

"Azercell" "Talassemiyasız həyat naminə!" qanvermə aksiyası keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, "Azercell Telekom” MMC xeyiryyəçi təşəbbüslərə dəstəyini davam etdirir.
Bu gün şirkətin baş ofisində "Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində növbəti qanvermə aksiyası təşkil olunub.
Aksiyanın məqsədi talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatlarının artırılmasına və onların müalicəsinə dəstək göstərməkdir.
Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyinin təşkilatçılığı və Mərkəzi Qan Bankının ixtisaslı həkimlərinin iştirakı ilə keçirilən aksiyada "Azercell”in çoxsaylı əməkdaşları könüllü olaraq qan veriblər. Toplanan qan ehtiyacı olan uşaqların müalicəsinə yönəldiləcək.