Xəbər lenti

Azercell yenilənmiş "Hədiyyə çarxı"nı təqdim edir
Ekonomiks17:45 30.12.2025

Azercell yenilənmiş "Hədiyyə çarxı"nı təqdim edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yeni format abunəçilərə daha çox şans və hədiyyə qazanmaq imkanı yaradır
Lider mobil operator "Hədiyyə çarxı” kampaniyasını yenilənmiş formatda istifadəyə verib. Yeni format çərçivəsində abunəçilər  həftədə bir dəfə kampaniyada ödənişsiz iştirak edə bilərlər. 
Kampaniya çərçivəsində "iPhone” və digər smartfonlar, ağıllı saatlar, modemlər və müxtəlif cihazlar, eləcə də dəqiqələr və internet paketləri daxil olmaqla geniş çeşiddə hədiyyələr təqdim olunur.
Kampaniyada nömrələri ikitərəfli açıq olan bütün Azercell abunəçiləri iştirak edə bilər. Azercell-ə yeni qoşulan abunəçilər isə çarxı növbəti həftədən etibarən çevirə biləcəklər.
Kampaniyadan yararlanmaq üçün abunəçilərin "Azercell” mobil tətbiqində "Üstünlüklər” bölməsinə daxil olaraq "Hədiyyə çarxı”na qoşulması kifayətdir.