Xəbər lenti

“Azerfon
Ekonomiks 19:28 07.12.2023

“Azerfon" və Nuşrəvan Səfərovun oğlu məhkəməyə verildi - Nə baş verir?

"Azerfon" Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) məhkəməyə verilib. 

Valyuta.az xəbər verir ki, iddiaçı Əlizadə Kənan Xəlil oğludur. 

İşə hakim Emin Əliyevin sədrliyi ilə Bakı Kommersiya Məhkəməsində baxılacaq. 

İddiaçı Əlizadə Kənan "Azerfon” MMC ilə yanaşı Səfərov Fuad Nuşrəvan oğlu barəsində də iddia qaldırıb. 

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır.

Səfərov Fuad Nuşrəvan oğlunun keçmiş  Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞPİDYPİ) keçmiş rəisi Nuşrəvan Səfərovun oğlu olduğu bildirilir. 

Fuad Səfərov hazırda Xəzər rayon, Buzovna qəsəbəsi, 25 saylı Notariat Ofisinin rəhbəridir.  Fuad Səfərovun adı 2013-cü ildə müğənni Tunar Rəhmanoğlu ilə mübahisədə çəkilmişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->