Xəbər lenti

Ekonomiks 15:12 12.03.2026

"AzerGold" sədri onu özünə müşavir təyin etdi - Sayları 10-a çatdı (FOTO)

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinin müşavirlərinin sayı 10-a yüksəlib.  

Qaynarinfo-nun məlumatına görə, Fuad Babayev İdarə Heyəti sədrinin müşaviri təyin edilib. Bu barədə qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov müvafiq əmr imzalayıb. 



Qeyd edək ki, Fuad Babayev 1999-2023-cü illərdə Gənclər və İdman Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdiri və idarə rəisi vəzifəsində çalışıb. 2023-2025-ci illərdə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində İdarə Heyəti sədrinin müşaviri olub. 

Xatırladaq ki, Şahbəddin Musayev, Anar Abdullayev, Əli Əhmədov, Ayşəm Qələmiyeva, Müşfiq Məmmədli, Leyla Sadıxova, Elçin Qasımov, Emin Aslanov və Erkin Vəliyev də Zakir İbrahimovun müşavirləridir. 

Əhməd
--> -->