Xəbər lenti

“Azeri Express” və “OBA” arasında memorandum imzalandı (FOTO/VİDEO)
Ekonomiks11:00 12.06.2023

“Azeri Express” və “OBA” arasında memorandum imzalandı (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azeri Express” və "OBA” marketlər şəbəkəsi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 
Qaynarinfo xəbər verir ki, ilkin mərhələdə əməkdaşlıq çərçivəsində paytaxt və bölgələrdə yerləşən 100-dən çox "OBA” filialında "Azeri Express”in lisenziyalı poçt məntəqələri öz yerini tutacaq. 
Bu məntəqələrin əsas məqsədi vətəndaşlardan əlavə olaraq sosial mediada onlayn mağaza işlədənlərin, karqo şirkətlərinin və alış-veriş platformalarının rahatlıqla öz müştərilərinə çatdırılma edə bilməsidir.
Hər iki şirkətin əsas hədəfi tezliklə bütün "OBA” marketlərində "Azeri Express” POÇT məntəqələrinin açılması və cəmiyyətimizə yüksək keyfiyyətli POÇT xidməti göstərə bilməkdir.