Xəbər lenti

"Azeri Light" neftinin qiyməti 97 dolları keçdi
Ekonomiks05:52 10.02.2022

"Azeri Light" neftinin qiyməti 97 dolları keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,36 ABŞ dolları və ya 1,42% artaraq 97,46 dollar təşkil edib.
Bu gün "Brent” markalı neftin bir bareli 91,55 ABŞ dolları olub.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.