Xəbər lenti

"Azeri Light" neftinin qiyməti 99 dollara yaxınlaşır
Ekonomiks06:54 12.02.2022

"Azeri Light" neftinin qiyməti 99 dollara yaxınlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,52 ABŞ dolları və ya 0,53% artaraq 98,75 dollar təşkil edib.
Dünən "Brent” markalı neftin bir bareli 94,44 ABŞ dolları olub.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.