Dünya bazarında "Azeri Light" (CIF) markalı neft cüzi bahalaşıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,6 ABŞ dolları və ya 1,94% artaraq 83,95 dollar təşkil edib
Hərraclarda "Brent” markalı neftin fevral fyuçersləri 78,69 ABŞ dollarına satılıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.