Xəbər lenti

“Azəriqaz” bu həftə daha 4 rayonda “Açıq mikrofon” aksiyası keçirəcək
Ekonomiks09:00 31.05.2022

“Azəriqaz” bu həftə daha 4 rayonda “Açıq mikrofon” aksiyası keçirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin bu həftə daha 4 rayonda "Açıq mikrofon” aksiyası keçirəcək.
Qaynarinfo "Azəriqaz"a istinadən xəbər verir ki, aksiya həftənin ikinci günü Tərtər rayonunda (Tərtər şəhəri, Mədəniyyət Mərkəzinin qarşısı), 3-cü günü Ağdam rayonunda (Ağdam şəhəri, Mədəniyyət Mərkəzinin qarşısı), 4-cü günü Ağcabədi rayonunda (Ağcabədi şəhəri, Muğam Mərkəzinin qarşısı) və 5-ci günü isə Yevlax rayonunda (Yevlax şəhəri, Heydər Əliyev Mərkəzinin qarşısı) saat 13:00-dan 15:00-a qədər baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.