Xəbər lenti

“Azəriqaz” Goranboyda “Açıq mikrofon” təşkil edəcək
Ekonomiks08:08 02.09.2021

“Azəriqaz” Goranboyda “Açıq mikrofon” təşkil edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin "Açıq mikrofon” aksiyası uğurla davam edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Azəriqaz” məlumat yayıb.
Bildirilir ki, "Səyyar qəbul otaqları”nın təşkil olunduğu bütün ərazilərdə icrası mümkün olan işlərə başlanılıb. Aksiyanın əhatə dairəsi Bakı və Abşeronla kifayətlənmir. Daha çox regionlara köklənmiş aksiya bu dəfə Goranboy rayonunun Qazançı kəndində təşkil olunacaq. Sakinlər 3 sentyabr saat 11:00-dan 13:00-a qədər Birliyin açıq olacaq mikrofonunun imkanlarından istifadə edərək problem və təkliflərini səsləndirə bilərlər.