Xəbər lenti

"Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir
Ekonomiks16:20 07.10.2023

"Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azəriqaz" İB-nin "Açıq mikrofon” aksiyası növbəti həftə (9,10 və 12 oktyabr tarixləri) saat 11:00-dan 12:00-dək daha 2 şəhər və 1 rayonda keçiriləcək.
Qaynarinfo xəbər verir ki, aksiya həftənin 1-ci günü Gəncə şəhəri, Gülüstan qəsəbəsində (Əziz Əliyev Parkı), 2-ci günü Naftalan şəhərində (Nəriman Nərimanov Parkı), 4-cü günü isə Goranboy rayonu, Boluslu kəndində (İcra nümayəndəliyinin qarşısı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.