Foto 17:35 23.05.2023

“Azəriqaz”ın "Açıq mikrofon" aksiyasında Qax sakinləri də iştirak edib (FOTOLAR)

"SOCAR "Azəriqaz" İstehsalat Birliyinin sahibkarların qaz təchizatında üzləşdiyi problemlərin həll edilməsi istiqamətində həyata keçirdiyi aksiya bu dəfə Qax rayonunda baş tutub. Tədbiri açıq elan edən Zaqatala RQİİ-nin rəisi aksiyanın məqsəd və məramını izah edib.

Qaynarinfo xəbər verir ki, KOBİA nümayəndəsi də öz növbəsində sahibkarlarla dövlət arasında körpü rolunu oynamağa çalışdıqlarını bildirib. Mikrofon önünə keçən sahibkarlar debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsini istəyiblər.

Məlumata görə, aksiyadan yararlanan sakinlər isə rayonun Əmircan kəndinin genişləndirilmiş hissəsinin qazlaşdırılmasını xahiş ediblər. Görüşdə səsləndirilən müraciətlər Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənilərək qeydə alınıb.