Xəbər lenti

"Azəriqaz" rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
Ekonomiks08:55 20.09.2023

"Azəriqaz" rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
SOCAR "Azəriqaz” İB rəhbərliyinin Kürdəmir rayonunda vətəndaş qəbulu keçiriləcək. 22 sentyabr saat 11:00-da YAP-ın inzibati binasında baş tutacaq görüş zamanı Kürdəmir, Ucar və Zərdab rayonlarının sakinlərinin müraciətləri dinləniləcək. 
Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional qaz istismarı İdarəsinə (tel: 055-999-42-04; 020-255-00-16) müraciət edə bilərlər.