Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin "Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Xaçmaz rayonunda təşkil olunacaq.
Valyuta.az-ın "Azəriqaz”a istinadən verdiyi məlumata görə, qurumun rəhbər şəxsləri Xaçmaz şəhəri, Çənlibel parkı, Bayraq muzeyinin qarşısında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
"Səyyar qəbul otağı” fevralın 10-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.