Xəbər lenti

"Azəriqaz"a dair daxil olan müraciətlər 50 %-dək azaldı
Ekonomiks09:15 10.07.2021

"Azəriqaz"a dair daxil olan müraciətlər 50 %-dək azaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ilin ikinci rübündə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələləri Tənzimləmə Agentliyinə bilavasitə və Energetika Nazirliyindən 1 714 müraciət daxil olub.
Qaynarinfo bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, təbii qaz təchizatı ilə bağlı 12-si məlumat xarakterli olmaqla, cəmi 171 müraciət daxil olub. Bu, 1-ci rüb ilə müqayisədə 170 müraciət və ya 49,8 % azdır.