Xəbər lenti

“Azəriqaz”ın “Açıq mikrofon” aksiyası Saatlıda təşkil olunacaq
Ekonomiks07:39 14.02.2022

“Azəriqaz”ın “Açıq mikrofon” aksiyası Saatlıda təşkil olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin "Açıq mikrofon” aksiyası bu dəfə Saatlı rayonunun Naharlı kəndində təşkil olunacaq.
Qaynarinfo-nun "Azəriqaz”a istinadən verdiyi məlumata görə, fevralın 15-i saat 12:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.
Vətəndaşlar "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.