
Virtualaz.org saytının əməkdaşı xəbər verir ki, təxminən 50-yə yaxın qadın ləğv olunmuş iş yerlərinin əvəzinə yeni iş yerləri tələb edirlər.
“Azəriqaz”ın əməkdaşı Rəna Axundova virtualaz.org saytına açıqlamasında bildirdi ki, onlar rayon qaz qəza xidmətləri ləğv olunandan sonra işdən çıxarılıblar: “Bizim aramızda tənha qadınlar, şəhid ailələri, həyat yoldaşı əlil olanlar var. Ailəmizi yalnız məvaciblə dolandırırdıq. İndi isə əlavə iş yeri təklif olunmadan bizi işdən çıxarırlar. Kredit borcu olan ailələr necə dolanacaqlar? Tək çarəmiz aksiya keçirməklə durumumuzu anlatmaqdır”.