Xəbər lenti

Güclü külək elektrik xətlərində qəzalara səbəb oldu
Ekonomiks09:17 02.03.2020

Güclü külək elektrik xətlərində qəzalara səbəb oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gündən əsən güclü külək bir sıra ərazilərin elektrik enerjisi verilişində qısamüddətli fasilələr yaradıb. 
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Qaynarinfo-ya bildirib ki, hazırda ölkənin hər yerində elektrik enerjisinin verilişi tam bərpa olunub:
"Ötən gecə güclü külək Suraxanı rayonu Hövsan qəsəbəsinin, Abşeron rayonu Saray qəsəbəsinin bir hissəsində və bır sıra dağlıq və dağətəyi yerlərdə elektrik enerjisinin verilişində qisa muddətli fasilə yaratmışdı. Əməkdaşlarımız hava şəraitinin normallaşmasını gözləmədən, ekstremal şəraitdə işləyərək baş verən qəzaların nəticələrini operativ olaraq aradan qaldırıb. Qeyd etməliyəm ki, son həftələrdə əməkdaşlarımız ölkə ərazisində müşahidə olunan şiddətli küləklə bağlı  bu cür ekstremal şəraitdə işləyir, elektrik şəbəkəsinə pis hava şəraiti nəticəsində dəyən ziyan aradan qaldırılır".