Xəbər lenti

“Azəristilik” qış mövsümünə 29 milyon borcla gedir - Vətəndaşlar narahatdır
Ekonomiks10:19 24.10.2019

“Azəristilik” qış mövsümünə 29 milyon borcla gedir - Vətəndaşlar narahatdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov "Report"a müsahibəsində Azəristiliktəchizat ASC-nin Azəriqaz İB-yə borc məsələsinin bu il də gündəmdə olduğunu açıqlaması vətəndaşlarda qış mövsümündə mənzillərin istiliklə təchiz edilməsi ilə bağlı narahatlıq yaradıb.
Şöbə rəisi deyıb: 
"Azəristiliktəchizat ASC ilə bu il iyulun 26-da imzalanan razılaşma protokolunda iyulun 1-i tarixinə təbii qazdan istifadəyə görə "Azəriqaz” İB-yə olan borc qalığı 33 mln. 525 min 480 manat göstərilib. Oktyabr ayının 1-nə istifadə edilən qaza görə debitor borc isə 28 mln. 913 min 497 manat təşkil edir. Bu ilin 9 ayı üçün hesablanan borc 21 mln.429 min 129 manatdır. Bu günə qədər borc öhdəlikləri 19,11% yerinə yetirilib", - deyə qurum rəsmisi bildirib. 
Bu da haqlı olaraq vətəndaşlarda sual yaradıb. Görəsən qurumun "Azəriqaz"a olan borcu qış mövsümündə istilik təchizatında problem yaratmayacaq ki?
"Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Qaynarinfo-ya bu narahatlıqla bağlı sualı cavablandırarkən bildirib ki, bu borc vətəndaşlara problem yaratmayacaq:
"Qurumlar arasında borc məsələsi əvvəllər də vardı. Bu borclar hökümət tərəfindən tənzimlənir, ona görə vətəndaşlarımız bundan əziyyət çəkməyəcək. Qışa hazırlığa qalanda isə 2019-2020-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqadar olaraq Azəristiliktəchizat ASC tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq bütün zəruri tədbirlər həyata keçirilib”.
Lakin iki qurum arasında bu borc məsələsi 2015-ci ildə də baş vermiş hadisənin təkrarlanmasına səbəb olmayacaq ki? O vaxt da vətəndaşlar bu borc üzündən istilik təchizatından məhrum olmuşdular. Belə ki, "Azəristiliktəchizat” Azəriqaz Səhimdar Cəmiyyətinə olan borcunu ödəmədiyi üçün şəhər təsərrüfatı noyabrın 15-dən qış rejiminə keçsə də, "Azəristiliktəchizat” evlərə istilik vermək üçün "mavi yanacaq” əldə edə bilməmişdi.
Röya Kərimli