Xəbər lenti

“Azərkosmos” bu il 40,6 milyon dollar qazanıb
Ölkə12:00 28.12.2019

“Azərkosmos” bu il 40,6 milyon dollar qazanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2019-cu ilin yanvar-noyabr aylarında "Azərkosmos” ASC tərəfindən dünyanın 26 ölkəsinə 40,6 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. 
Qaynarinfo İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”na istinadən xəbər verir ki "Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. 
2019-cu ilin noyabr ayında isə "Azərkosmos” ASC dünyanın 19 ölkəsinə 3,1 milyon dollar dəyərində xidmət ixrac edib. "Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar- noyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Malayziya, Birləşmiş Krallıq, BƏƏ-dir.