Xəbər lenti

Sənət 18:53 25.04.2023

Azərpaşa Nemətovun yerinə təyinat bu məsələdən asılıdır (AÇIQLAMA)

"Akademik Milli Dram Teatrına direktor təyinatı Mədəniyyət Nazirliyinin səlahiyyətinə aid məsələdir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Azdrama”nın direktor müavini Hacıbaba Məmmədov deyib. O, mərhum, Xalq artisti Azərpaşa Nemətovun yerinə kimin direktor təyin olunması ilə bağlı məlumatsız olduğunu bildirib:
 
"Direktor vəzifəsinə heç bir iddiaçı yoxdur. Bunlar nazirliyin səlahiyyətinə aid məsələlərdir”. 

Qeyd edək ki, mərhum, Xalq artisti Azərpaşa Nemətov aprel ayının 9-da dünyasını dəyişib. Azərpaşa Nemətov 2016-cı ildən Akademik Milli Dram Teatrının direktoru vəzifəsində işləyib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->