Korrupsiya əməlləri törətməkdə təsirləndirilən Nizami rayon Dövlət Sığorta Agentliyinin (Azərsığorta) sabiq direktoru Qasımov Elmar Vaqif oğlu barəsində cinayət işinin araşdırması yekunlaşıb.
Qaynarinfo-nun məlumatına görə, toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə Rasim Sadıxovun sədrliyi ilə baxılacaq. Məhkəmənin vaxtı isə hələlik dəqiqləşməyib.
Qeyd edək ki, Elmar Qasımov külli miqdarda mənimsəmədə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham verilib. İş üzrə Dövlət Siğorta Kommersiya Şirkəti zərərçəkən kimi tanınıb.
Əhməd
Şərhlər