Xəbər lenti

Ekonomiks 13:30 17.02.2026

"Azərsilah" Müdafiə Sənayesi Holdinqində yeni təyinat

"Azərsilah” Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyətində təyinat olub.

Valyuta.az-ın məlumatına görə, Museyib Bayramov İnvestisiya və Xəzinədarlıq üzrə rəhbər təyin edilib.

M.Bayramov bu vəzifəsinə qədər, 2015-ci ildə "AccessBank”da aparıcı Kredit mütəxəssisi kimi, 2025-ci ildə "Paşa Bank”da Kredit və Risk təhlili üzrə komanda rəhbəri vəzifəsində çalışıb.

O, Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili alıb.

Qeyd edək ki, o, rus və ingilis dillərini bilir.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->