Xəbər lenti

"Azərsu" Bakıda ağacları kəsdi, nazirlik məhkəməyə müraciət edir (FOTOLAR)
Ölkə14:11 02.08.2019

"Azərsu" Bakıda ağacları kəsdi, nazirlik məhkəməyə müraciət edir (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda ağacların qurudulmasına görə "Azərsu” ASC-yə protokol tərtib olunub.
Bu barədə Qaynarinfo-ya Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Heydər Əliyev prospekti 103 A ünvanında ağacların qurudulması ilə bağlı nazirliyə daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Araşdırma zamanı sözügedən ünvanda "Azərsu” ASC-yə məxsus binanın həyətində aparılan tikinti işləri zamanı ağacların qurudulduğu faktı aşkar edilib.
Faktla bağlı "Azərsu” ASC barəsində protokol tərtib olunub və toplanan materiallar məhkəməyə hazırlanır.