Xəbər lenti

“Azəryolservis”dən xəbərdarlıq
Ölkə05:59 10.04.2015

“Azəryolservis”dən xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC yaxın günlərdə Nərimanov rayonunun Ələsgər Qayıbov və Yasamal rayonunun Bəxtiyar Vahabzadə küçələrində əsaslı təmir işlərini planlaşdırır.
Qaynar.info “Azəryolservis” ASC-yə istinadən xəbər verir ki, təmir ilə bağlı hazırlıq işləri aparıldığından sözügedən küçələrdə yerləşən mövcud yeraltı kommunikasiya xətlərinin texniki vəziyyətini araşdıraraq cəmiyyətə müraciət etmələri xahiş olunur. 
Əks halda təmirdən sonra kommunikasiya xətlərində baş verən problemlərə görə yol təsərrüfatı orqanı məsuliyyət daşımayacaq.
Qaynar.info