Xəbər lenti

"Azmarka.az" saytının 1 yaşı tamam oldu
Ölkə07:36 07.09.2021

"Azmarka.az" saytının 1 yaşı tamam oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azmarka.az saytının 1 yaşı tamam olur.
Ötən ilin bu günü "Doğru xəbərin ünvanı – Xəbərin doğru ünvanı" devizi ilə fəaliyyətə başlayan sayt qısa müddət ərzində öz oxucu kütləsini yaradıb. Azərbaycan və dünyadan gün ərzində həyatın bütün sahələrinə dair, ən müxtəlif mövzularda xəbərləri çatdıran, bu zaman media etikasını və jurnalistlərin peşə kodeksini əsas götürən "Azmarka.az" eyni zamanda bir-birindən maraqlı layihələri ilə də diqqəti cəlb edib.
Saytın "Əfsanəvi azərbaycanlılar", "Tarix dərsi", "Unudulmayan unudulmazlar", "Həmişəyaşar" kimi layihələrimiz çərçivəsində hazırlanan, maraq və rəğbətlə qarşılanan özəl araşdırma yazılarının minlərlə oxucusu var.
Sayt bir-birindən maraqlı layihələrimizi davam etdirməklə yanaşı, onların sırasını daha da genişləndirməyi nəzərdə tutur.