Xəbər lenti

“Azәrbaycan haqda heç nə bilmirəm” - “Panatinaikos”un kapitanı
İdman12:33 08.08.2015

“Azәrbaycan haqda heç nə bilmirəm” - “Panatinaikos”un kapitanı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qəbələ"nin Avropa Liqasının “pley-off” mərhələsindəki rәqibi “Panatinaikos”un kapitanı Zeka (Xose Karlos Qonçalves Rodrigez) “Qafqazinfo”ya müsahibә vedib. Qaynar.info müsahibəni təqdim edir.
- Avropa Liqasının "pley-off" mәrhәlәsindә "Qәbәlә" ilә qarşılaşacaqsız. Püşk haqqında nә deyә bilәrsiz?
- Fikrimcә, hәr iki tәrәf üçün çәtin olacaq. Çünki bundan әvvәlki görüşdә onlar "Apollon"u mәğlub ediblәr. 3 qәlәbә qazanaraq bu mәrhәlәyә kimi çatıblar. Maraqlı qarşılaşmalar bizi gözlәyir.
- Hәr kәs sizi favorit sayır...
- Normaldır. "Panatinaikos" Avropada daim çıxış edәb klubdur. Biz Çempionlar Liqasının qrupunda oynamışıq. Amma kimin favorit olduğu meydanda bәlli olacaq.
- "Qәbәlә" ilk dәfәdir ki, Avropa Liqasının "play-off" mәrhәlәsindә oynayır. Amma sizin tәcrübәniz var. Bu sizә kömәk edәcәk?
- Bunu bilirәm. "Qәbәlә" ilk dәfә "play-off"a kimi gәlsә dә, yaxşı komandadır. Düzdür, tәcrübәni nәzәrә alsaq, üstünlük bizdәdir. Lakin, futbolda bәzәn tәcrübә dә işә yaramır.
- Püşkatma zamanı "Qәbәlә"ni arzulayırdız?
- Arzulamırdıq. Bizim üçün rәqibin fәrqi yox idi.
- Azәrbaycan haqqında nә bilirsiz?
- Heç nә. İlk dәfәdir ki, Azәrbaycanla bağlı bir şeyә rast gәlirәm.
- Bәs, Azәrbaycan çoxlu sayda braziliyalı futbolçu olduğundan xәbәriniz yoxdur?
- Bizim futbolçular bütün dünyada var. Hә Anderson Oliveyra ("Simurq"da çıxış edib) var. Bir zamanlar Azәrbaycanda oynayıb.
- Sizin komandada ulduz futbolçular Maykı Essien, Malden Petriç çıxış edir. Buna görә sizin indidәn mәrhәlә keçәcәyinizi demәk olar?
- Әlbәttә, onlar ulduzdurlar. Amma bu mәrhәlә keçәcәyimiz demәk deyil. Ümid edirәm ki, sizin dediyiniz kimi olacaq.
- Ötәn mәrhәlәdә "Qәbәlә" Kiprin "Apollon" klubu ilә qarşılaşmışdı vә hәr iki oyunda qalmaqal yaşanmışdı...
- Bundan xәbәrsizәm.
- Kipr dә yunanların yaşadığı әrazidir. İndi isә "Qәbәlә" әsl yunan klubu ilә üz-üzә gәlәcәk. Düşünmürsüz ki, eyni hal yaşanar?
- Yox. Ümid edirәm ki, hәr şey qaydalar çәrçivәsindә baş tutacaq.
Qaynar.info