Xəbər lenti

“Azsığorta” ilə “Uzun Ömür-Süd Məhsulları” arasında sığorta mübahisəsi
Ekonomiks14:34 24.10.2023

“Azsığorta” ilə “Uzun Ömür-Süd Məhsulları” arasında sığorta mübahisəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sığorta bazarının əsas oyunçularından olan "Azsığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) məhkəməyə verilib. 
Qaynarinfo xəbər verir ki, "Uzun Ömür-Süd Məhsulları” MMC ASC barəsində iddia qaldırıb. MMC-nin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Nərmin Əhmədova iş üzrə hakim təyin edilib. 
Məhkəmə iclasının vaxtı barədə məlumat yoxdur. İşin mahiyyəti sığorta müqaviləsi üzrə mübahisələrdən ibarətdir. 
"Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.
ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.
Seyid