Xəbər lenti

Aztəminatlı ailələrin hər birinə 100 manat yardım ödəniləcək (SƏRƏNCAM)
Ekonomiks13:30 23.12.2019

Aztəminatlı ailələrin hər birinə 100 manat yardım ödəniləcək (SƏRƏNCAM)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev "Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında" sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, sərəncamla Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək.
Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulmuş vəsaitdən 7,6 milyon manat ayrılıb.