Xəbər lenti

“Aztikintiyol”un külli miqdarda vergi borcu var
Ekonomiks15:00 16.03.2022

“Aztikintiyol”un külli miqdarda vergi borcu var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Aztikintiyol” MMC-nin külli miqdarda vergi borcu yaranıb. 
Qaynarinfo xəbər verir ki, şirkətin hazırda 84 625.81 AZN vergi borcu var.
"Aztikintiyol” MMC 29 mart 2010-cu ildə yaradılıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Məniçöhr Əhədpur Xangah Əli oğludur.
Əhədpur Xangah Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova yaxın şəxs hesab edilir. Nazirlə onun yaxınlığı barədə mediada kifayət qədər materiallar tirajlanıb. İddialara görə, Əhədpur Xangah Kəmaləddin Heydərovun biznes imperiyasını idarə edən əsas fiqurlardan biridir. Amma onların sadəcə biznes ortağı olduqları da deyilir. 
"Wikileaks” sənədlərində də Əhədpur Xangahın Kəmaləddin Heydərova yaxın şəxs olmasını təsdiqləyən faktlar yer alıb. Həmin sənədlərdə qeyd olunurdu: 
"Kəmaləddin Heydərovun oğlanlarının 20 milyon dollarlıq "Gulfstream” almaq istəyib və buna görə də adıçəkilən şirkətə müraciət edib. Müraciətdə göstərilir ki, "Gulfstream” təyyarəsi üçün ödəniş və sahiblik haqqı "Al-Sahra Shams FSCO" şirkəti (sənəddə qeyd olunur ki, Dubayda Taleh və Nicat Heydərovların adına qeydiyyatdadır) və cənab Manuçöhr Əhədpur Xangah arasında, hər birinə 50 faiz olmaqla bölünəcək. Əldə etdiyimiz ilk fakt isə "Al-Sahra Shams FSCO" şirkəti haqqında oldu. Şirkətin əlaqə üzrə məsul şəxsi Manuçöhr Əhədpurun qardaşı Behzad Əhədpur göstərilirdi. Yəni sadəcə idaredicisi kimi. Bundan əlavə Dubayda və ABŞ-ın San Diyeqo şəhərində də Behzad Əhədpurun adına rəsmiləşmiş şirkətləri var".
Seyid