Xəbər lenti

AZTV- də istefaların ŞOK SİRRİ
Ölkə14:00 08.04.2015

AZTV- də istefaların ŞOK SİRRİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində istefaların səbəbi məlum olub. Sivil.az-ın əldə etdiyi məlumata görə, Etibar Babayev və onun komandasının istefasına səbəb yeni təyin olunan baş direktor Elsevər Dünyamalıyevdir.
Yeni baş direktor təyin olunan kimi AzTV-nin bədii rəhbəri, rejissoru, əməkdar incəsənət xadimi Etibar Babayevdən Novruz bayramı ilə əlaqədar aparılmış çəkilişlərin smeta sənədlərini və hesabat istəyib. Bununla razılaşmayan Etibar Babayev ərizəsini yazaraq işdən ayrılıb.
Elsevər Dünyamalıyev isə bu barədə sədrə məruzə edib. Arif Alışanovsa "prokurorluğa cavab verər" deyə məsələyə münasibət bildirib.
Xatırladaq ki, AzTV-nin 4 əməkdaşı - kanalın bədii rəhbəri, rejissoru, əməkdar incəsənət xadimi Etibar Babayev, tanınmış rejissor Elnur Məmmədov, "Səhər” musiqili informasiya proqramının baş rejissoru Rəsul Ələkbərov və montajçı Feyzulla öz ərizələri ilə işdən çıxıb.
Daha sonra AzTV-nin sədri Arif Alışanov Elsevər Dünyamalıyevin səlahiyyətlərinin artırılması ilə bağlı əmr verib. Əmrə əsasən, E.Dünyamalıyev aprelin 7-dən etibarən AzTV, “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarında baş direktor vəzifəsində çalışacaq.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Qaynar.info